kriminal.az
Fatih Terim yeni klubundakı işinə qələbə ilə başladı

Türkiyəli mütəxəssis Fatih Terim Səudiyyə Ərəbistanı təmsilçisi "Əş-Şabab"ın baş məşqçisi kimi ilk oyununda qələbə qazanıb.

Kriminal.Az xəbər verir ki, onun komandası Kral Kubokunun 1/4 finalında "Əl-Feyha"ya 2:1 hesabı ilə qalib gələrək yarımfinala adlayıb.

"Əş-Şabab" Fatih Terimin rəhbərliyi altında növbəti matçını Səudiyyə Ərəbistanı Pro Liqasının XIV turunda "Əl-Əhli"yə qarşı keçirəcək.

Qeyd edək ki, Terim son olaraq Yunanıstanda "Panatinaikos" klubunun baş məşqçisi olub. 71 yaşlı mütəxəssis Türkiyə millisində və "Qalatasaray"da bir sıra tarixi nailiyyətlər əldə edib.

Top
0.042470932006836