kriminal.az
Vitor Pereyra

Premyer Liqa komandalarından "Vulverhempton"un baş məşqçisi olan Vitor Pereyra "Fənərbağça" azarkeşlərinin rəğbətini qazanacaq addım atsa da, klub rəsmilərinin qəzəblənməsinə səbəb olub.

Kriminal.Az xəbər verir ki, təcrübəli mütəxəssis "Lans"də çıxış edən Kevin Dansonu transfer etmək istəsə də, keçmiş klubu "Fənərbağça"nın oyunçu ilə maraqlandığını bildikdən sonra futbolçunun bazar qiymətinin artmaması üçün bu transferdən imtina edib.

Baş məşqçinin bu hərəkəti klub rəsmilərini qəzəbləndirib.

Qeyd edək ki, Pereyra 2015, 2016 və 2021-ci illərdə "sarı-lacivərdlilər"ə rəhbərlik edib.

Top
0.041589975357056