Nunu Eşpritu Santunun başçılıq etdiyi "Nottingem Forest" klubu cari çempionatda ardıcıl 6 qələbə qazanan ilk komanda olub.
Kriminal.Az xəbər verir ki, "Nottingem Forest" XX turda "Vulverhempton"a 3:0 hesabı ilə qalib gəlib. Bununla da komandanın qələbə seriyası 6-ya çatıb. Cari mövsümdə Premyer Liqanın heç bir digər klubu ardıcıl 6 matçda üç xal qazanmayıb.
Qeyd edək ki, hesabında 40 xal olan "Nottinhem Forest" turnir cədvəlində üçüncüdür.