kriminal.az

İngiltərə Premyer Liqasında çıxış edən "Tottenhem" klubu koreyalı futbolçu Son Hın Minlə birillik yeni müqavilə imzalayıb.

Kriminal.Az xəbər verir ki, mövsümün sonunda müqaviləsi başa çatan Son Hın Min özü də "Tottenhem"də xoşbəxt olduğu üçün klubda qalmaq istədiyini bildirib.

Qeyd edək ki, Son Hın Min 2015-ci ildə "Bayer Leverkuzen"dən 16 milyon avroya "Tottenhem"ə transfer olunub. Futbolçu bu mövsüm "Tottenhem" forması ilə çıxdığı 23 oyunda altı qol və yeddi məhsuldar ötürmə ilə yadda qalıb.

Top
0.042554140090942