kriminal.az

Kataloniya "Barselona"sı borclarını ödəmək üçün tədbirlər görür.

Kriminal.Az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, klub argentinalı hücumçu Lionel Messinin komandada çıxış edərkən istifadə etdiyi şkafı satışa çıxarıb. Xüsusi hərracda satılacaq lotun başlanğıc qiyməti 350 min avrodur.

Bundan əlavə, klub künc bayraqlarını, Kamp Nou stadionunun cərimə meydançasından ot örtüyü parçalarını satmağı planlaşdırır.

Hazırda "Barsa" ev oyunlarını Stadio Olimpikoda keçirir, çünki onların ev meydançasında təmir işləri davam edir.

İspaniya çempionatının cari mövsümündə "Barselona" 19 görüşdən sonra 38 xalla üçüncü pillədə qərarlaşıb. Kataloniyalıları qabaqlayanlar iki Madrid klubudur: "Real Madrid" liderdir (43), "Atletiko" isə ikinci yerdədir (41).

Top
0.046205043792725