kriminal.az
Nazir müavini:

"Hazırda Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında ümumi uzunluğu 3.4 min kilometrə yaxın olan avtomobil yolları inşa edilir".

Kriminal.Az xəbər verir ki, bu sözləri "Nəqliyyat sahəsində 2024-cü ildə həyata keçirilən tədbirlər və 2025-ci il üçün planlar" mövzusunda keçirilən mətbuat konfransında rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümbətov deyib.

O qeyd edib ki, 2004-cü ildən bəri ölkə ərazisində 21 min km uzunluğunda avtomobil yolları, 335 körpü və 45 tunel inşa edilib.

Daha çox foto burada: PhotoStock.az

Aygün Mirakif

Top
0.053936004638672