kriminal.az

"Kəpəz" komandası qış transfer dövründə heyətinə yeni futbolçu cəlb edib.

Kriminal.Az-ın xəbərinə görə, bu barədə "Kəpəz" komandasından məlumat verilib.

Bildirilib ki, gürcüstanlı Rati Ardazişvili ilə "6 ay + 1 il" müddətinə müqavilə bağlanıb.

26 yaşlı oyunçu yarımmüdafiəçi mövqeyində çıxış edir.

Ratinin son klubu vətənində "Samtredia" olub. Gürcüstanın aşağı yaş qrupları üzrə yığma komandalarının, o cümlədən U-21 millisinin şərəfini qorumuş futbolçu bir neçə ölkədə legioner həyatı yaşayıb. O, Ukraynada ("Rux"), Qazaxıstanda ("Kaspi", "Jetısu") və Latviyada ("Liepaya") oynayıb.

Top
0.046880006790161