kriminal.az
Bundesliqa: Keynin qolu

Almaniya Bundesliqasının 16-cı turunda lider "Bavariya" Mönhenqladbax "Borussiya"sı ilə səfər matçına çıxıb.

Kriminal.Az xəbər verir ki, "Borussiya Park"da baş tutan görüşdə cəmi bir qol vurulub.

Qonaqların hücumçusu Harri Keyn 68-ci dəqiqədə penaltini dəqiq yerinə yetirərək komandasına üç xal gətirib.

Beləliklə də, bu qələbə ilə "Bavariya" liderliyini möhkəmləndirərək ikinci sıradakı cari çempion "Bayer"lə xal fərqini 4-ə çatdırıb (39/35). Mönhenqladbax klubu isə 24 xalla turnir cədvəlində 10-cu yerdədir.

Top
0.044326066970825