kriminal.az

"Mançester Yunayted"in keçmiş çalışdırıcısı Erik ten Haq Almaniyanın "Borussiya Dortmund" komandasının baş məşqçisi postuna namizəddir.

Kriminal.Az "SkySports"a istinadən xəbər verir ki, "Borussiya Dortmund"un türkiyəli baş məşqçisi Nuri Şahin vəzifəsindən uzaqlaşdırıla bilər.

Ten Haq isə Dortmund klubunun şura müşaviri Mattias Zammerlə yaxşı münasibətdədir. Niderlandlı mütəxəssis "qara-sarılar"ın 16-cı turda "Bayer Leverkuzen"ə uduzduğu (2:3) oyununu canlı izləyib.

Qeyd edək ki, Erik ten Haq 2017-2022-ci illərdə "Ayaks"ın baş məşqçisi olub, Erediviziyada bir neçə titul qazandıqdan və komandasını 2019-cu ildə Çempionlar Liqasının yarımfinalına çıxardıqdan sonra o, 2022-ci ildə "Mançester Yunayted"ə dəvət olunub və yeni komandası ilə İngiltərə Kuboku, İngiltərə Liqa Kuboku və İngiltərə Superkubokunu qazanıb. İngiltərədə qeyri-stabil nəticələrlə seçilən ten Haqın karyerasının ən ağrılı anlarından biri 2023-cü ildə "Liverpul"a qarşı 7:0 hesablı məğlubiyyət olub ki, bu da "qırmızı şeytanlar"ın tarixində ən böyük uğursuzluqlardan biri kimi yaddaşlara həkk olunub.

Top
0.044104814529419