kriminal.az
Tusk:

"Londonda Ukrayna üzrə Avropa Zirvə Toplantısında iştirak etmiş ölkələr Kiyevin maliyyələşdirilməsi üçün Rusiyanın dondurulmuş aktivlərindən istifadə məsələsi ilə bağlı yekdil fikrə gələ bilməyiblər".

Kriminal.Az TASS-a istinadla xəbər verir ki, bunu jurnalistlərə Polşanın Baş naziri Donald Tusk deyib.

Onun sözlərinə görə, bəziləri avro, bank sistemi üçün hansısa nəticələrin olacağından çox ehtiyat edirlər: "Fikrimcə, Rusiyanın dondurulmuş aktivlərindən istifadə ediləcəyi ehtimalı yüksək deyil".

Qeyd edək ki, Avropa İttifaqı, Kanada, ABŞ və Yaponiya Ukraynada münaqişə başlayandan sonra Rusiyanın təqribən 300 milyard dollarlıq aktivlərini dondurub.

Top
0.05854606628418