Ukrayna Ali Radası ABŞ Prezidenti Donald Trampın keçən həftə Ağ Evdə Volodimir Zelenski ilə görüşündən sonra münaqişənin həlli ilə bağlı sülh təşəbbüslərini alqışlayıb.
Kriminal.Az-ın məlumatına görə, müvafiq bəyanat Radanın rəsmi saytında dərc edilib.
"Ukrayna xalqı inanır ki, ABŞ Prezidenti Donald Trampın rolu və onun sülhməramlı səyləri münaqişənin tezliklə həll olunmasında və sülhün əldə edilməsində həlledici ola bilər", - deyə Radanın Trampa, ABŞ Konqresinə və Amerika xalqına ünvanladığı müraciətdə bildirilir.
Ali Rada həmçinin. xüsusilə faydalı qazıntılar sahəsində ABŞ ilə tərəfdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.