kriminal.az
Zaxarova Moskvada Heydər Əliyevin abidəsinin quraşdırılmasını mühüm mədəniyyət hadisəsi adlandırıb

"Azərbaycanın keçmiş prezidenti Heydər Əliyevin abidəsinin ucaldılması Moskva və Bakı üçün mühüm mədəni-humanitar hadisə olacaq".

Kriminal.Az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.

"Biz bu parlaq, qeyri-adi, istedadlı şəxsiyyətin və dövlət xadiminin xatirəsini qoruyub saxlayır və ona böyük sevgi və hörmətlə yanaşırıq", - deyə o bildirib.

Zaxarova, həmçinin xatırladıb ki, 2023-cü ildə Moskvada və Rusiyanın digər şəhərlərində Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə bağlı anım tədbirləri keçirilib.

Top
0.050542116165161