kriminal.az
PA rəsmisi:

"Ermənistanın Azərbaycana vurduğu zərərə görə təzminat məsələsi müzakirə mövzusudur. Cənab Prezidentin tapşırığı əsasında Azərbaycanın aidiyyəti qurumları tərəfindən Ermənistanın 30 illik işğalı dövründə şəhərlərimizin, kəndlərimizin dağıdılması nəticəsində vurulmuş zərərin, maddi-mədəni irsimizin dağıdılması və talan edilməsinin çox dəqiq və müasir metodlarla qiymətləndirilməsi aparılıb".

Kriminal.Az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, bu məsələ də ayrıca bir müzakirə mövzusudur ki, regionda tam əhatəli, əsaslı bir sülh təmin edilmiş olsun.

Mərahim Nəsib

Top
0.049548149108887