"Builki Qlobal Bakı Forumu daha da vacibdir. Çünki qeyri-sabitlik, rekord sayda müharibələr, qaçqın böhranları olan bir dünyada bir araya gəlib regional və qlobal həll yolları tapmaq lazımdır".
Bunu Kriminal.Az-a açıqlamasında Bolqarıstanın sabiq prezidenti Rosen Plevneliyev deyib.
Onun sözlərinə görə, bu həll yolları Bakı Qlobal Forumunda tapılacaq:
"Əslində hamımız bura Azərbaycanı sevdiyimiz üçün gəlirik. Biz Azərbaycana regional oyunçu, eləcə də sülh və sabitlik amili kimi baxırıq. Azərbaycan Bolqarıstan üçün etibarlı tərəfdaşdır, enerji təchizatçısıdır. Biz ticarətimizi, dostluğumuzu bir araya gətiririk".
"Biz bura yenə gələcəyik. Çünki Azərbaycan xalqı mehribandır. Azərbaycan liderinin bu regionda qanunun aliliyinə və sülhə nail olması ilə bağlı ideyasını dəstəkləyirik", - deyə sabiq dövlət başçısı əlavə edib.
Mərahim Nəsib