Ermənistana ölümcül silahların və texnikanın verilməsinin qarşısı indiki mərhələdə alınıb.
Kriminal.Az xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2024-cü il üzrə fəaliyyəti haqqında hesabatında əksini tapıb.
Hesabatın Xarici İşlər Nazirliyinin fəaliyyəti ilə bağlı hissəsində 2024-cü ildə Avropa İttifaqı (Aİ) tərəfindən Avropa Sülh Mexanizmi (EPF) çərçivəsində Ermənistana yardım göstərilməsinin qarşısını almaq məqsədilə zəruri tədbirlər həyata keçirildiyindən bəhs edir:
"Ermənistanın Aİ xətti ilə hərbiləşdirilməsinin regional sülh və sabitlik üçün fəsadları, Ermənistan-Azərbaycan normallaşma prosesinə mənfi təsiri barəsində tərəfdaşlarımızın məlumatlandırılması istiqamətində fəaliyyət davam etdirilib. Atılmış addımlar nəticəsində Ermənistana yardımın məzmun və həcminin əhəmiyyətli dərəcədə məhdudlaşdırılmasına nail olunub. Nəticədə, Ermənistana ölümcül silah və texnikanın verilməsinin qarşısı indiki mərhələdə alınmış, bundan əlavə EPF xətti ilə Ermənistana yardım edilməsinə paralel olaraq, Azərbaycan tərəfinə humanitar mina təmizləmə fəaliyyəti üçün 10 milyon avro həcmində vəsaitin verilməsi üzrə razılıq əldə olunub".
Mərahim Nəsib