kriminal.az
Əli Əsədov:

"Ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi, dövlət sərhədlərinin mühafizəsi, ordunun maddi-texniki təchizatının müasirləşdirilməsi, hərbçilərin sosial təminatının və xidmət şəraitinin yaxşılaşdırılması istiqamətində kompleks tədbir və layihələrin icrası 2024-cü ildə də prioritet xərclər sırasında birinci olub".

Kriminal.Az xəbər verir ki, bunu Milli Məclisdə hökumətin hesabatında Baş nazir Əli Əsədov deyib.

O bildirib ki, bu məqsədə 2024-cü ilin dövlət büdcəsindən müdafiə və milli təhlükəsizlik xərclərinə 6 milyard 562 milyon manat vəsait ayrılıb (2023-cü illə müqayisədə 707 mln. manat və ya 12% çox). İşğaldan azad olunmuş ərazilərdə geniş minatəmizləmə işləri aparılıb:

"2024-cü ildə 62 min hektar, ümumilikdə isə işğaldan azad edilmiş ərazilərdə 180 min hektara yaxın ərazi minalardan və partlamamış hərbi sursatlardan təmizlənib. 2025-ci ildə 65 min hektardan artıq ərazinin minalardan təmizlənməsi planlaşdırılır".

Mərahim Nəsib

Top
0.05169415473938