kriminal.az
Prezident İlham Əliyev bir sıra şəxsləri orden və medallarla təltif etdi

Prezident İlham Əliyev Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Kriminal.Az President.az-a istinadən xəbər verir ki, sərəncamla xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin aşağıdakı hərbi qulluqçuları təltif edilirlər:

3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə:

Əsgərov Vasif Asif oğlu - polkovnik-leytenant

Mirzəyev Ruslan Cəmil oğlu - polkovnik-leytenant

"Vətən uğrunda" medalı ilə:

İsmayılov Ramin Əfsələddin oğlu - polkovnik-leytenant

Behbudov Nofəl Arif oğlu - mayor

"Hərbi xidmətlərə görə" medalı ilə:

Abbasov Hafiz Sakit oğlu - polkovnik-leytenant

Ələkbərov Eldəniz Yaşar oğlu - polkovnik-leytenant

Abdullayev Tural Front oğlu - mayor

Eyvazlı Pərviz Barat oğlu - mayor

Mayılov Elməddin Nəcməddin oğlu - mayor

Musayev İlqar Sabir oğlu - mayor

Heydərov Fuad Abdulla oğlu - kapitan

Nəcəfov Fadiq İsa oğlu - kapitan.

Top
0.069854021072388