kriminal.az
A Seriyası: “Roma” qələbəni “Leççe”nin əlindən aldı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Roma” A seriyasının XI turunun matçında öz meydanında “Leççe”yə 2:1 hesabı ilə qalib gəlib.

Hesabı 72-ci dəqiqədə qonaq komandanın futbolçusu Pontus Almkvist açıb. 90+1-ci dəqiqədə Sərdar Azmun romalıların heyətində debüt qolunu vurub, üç dəqiqə sonra isə Romelu Lukakunun dəqiq zərbəsi “Roma”ya qələbə qazandırıb.

Beləliklə, “Roma” A Seriyasında 17 xalla 8-ci, “Leççe” 13 xalla 11-ci pillədə qərarlaşıb.

Top
0.094393968582153