kriminal.az
La Liqa: “Real” “Rayo Valyekano”ya qalib gələ bilmədi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Real Madrid” İspaniya çempionatının 12-ci turunun ev oyununda “Rayo Valyekano”nu məğlub edə bilməyib.

“Report” xəbər verir ki, görüş qolsuz bərabərliklə yekunlaşıb.

“Kral klubu” qalib gələcəyi təqdirdə, 31 xalla turnir cədvəlinə başçılıq edən “Jirona”ya çata biləcəkdi.

Keçirilmiş 12 oyundan sonra “Real Madrid” 29 xalla ikinci pillədə qərarlaşıb. “Rayo Valyekano” 18 xalla 9-cu yerdədir.

Top
0.087094068527222