kriminal.az
Almaniyalı məşqçi Azərbaycandan təklif alıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Almaniyalı məşqçi Rayner Kraft Azərbaycandan təklif alıb.

“Report” xəbər verir ki, bunu 61 yaşlı mütəxəssis özü açıqlayıb.

O bildirib ki, Azərbaycanla yanaşı, İran, Meksika, Qana və Çində çalışmaq variantı olsa da, heç birini müsbət cavablandırmayıb. Almaniyalı mütəxəssis adıçəkilən ölkələrdə həm baş məşqçi, həm də köməkçi-məşqçi kimi işləmək təklifini qəbul etmədiyini söyləyib.

Qeyd edək ki, Rayner Kraft son olaraq Lüksemburqun “Berdenia Berburq” klubuna rəhbərlik edib.

Top
0.06069803237915