kriminal.az
Rusiyada futbolçunun meyiti dəniz kənarında tapılıb - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyalı futbolçu Aleksey Lesinin meyiti dəniz kənarından tapılıb.

Məlumatı oyunçunun atası Sergey Lesin verib. Onun sözlərinə görə, “Bomik” klubunda çıxış edən oğlu komanda daxilində problem yaşadığı üçün düşərgədən ayrılıb və Soçidə dəniz sahilində gəzintiyə çıxıb.

Daha sonra 30 yaşlı futbolçunun dəniz kənarında meyiti tapılıb.

Sergey Lesin əlavə edib ki, həmin vaxt oğlunun əlində olan bel çantası tapılmayıb. Hadisə ilə bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.

Qeyd edək ki, karyerasına Rusiyanın “Azamat” kollektivində başlayan Lesin “Ximik-Avqust”, “Çeboksarı” kimi klublarda da forma geyinib.

Mənbə: RİA Novosti

Top
0.063580989837646