kriminal.az
Hakan Fidan Zəfər Günü münasibətilə Azərbaycanı təbrik etdi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyənin xarici işlər naziri Hakan Fidan 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycanı təbrik edib.

Bu barədə diplomat sosial şəbəkədə yazıb.

“Can Azərbaycanın 8 Noyabr - Zəfər Gününü ürəkdən təbrik edirəm.

Zəfərin üçüncü ildönümündə Qarabağ Azərbaycan bayrağı altında əmin-amanlığa qovuşmasının coşqusunu yaşayır.

44 günlük mübarizəni zəfərlə taclandıran bütün qəhrəmanlarımızı şükranla, şəhidlərimizi ehtiramla yad edirəm, Qarabağ Azərbaycandır!”, - XİN başçısı qeyd edib.

 

Top
0.087486028671265