kriminal.az
Fransa Liqa 1-də qalmaqal: Azarkeş vandallığına göz yumulub?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Fransanın “Lion” futbol klubu “Marsel” azarkeşlərinin komanda avtobusuna hücumu ilə bağlı intizam komissiyasının qərarından apellyasiya şikayəti verəcək.

Belə ki, Fransa Liqa 1 hadisəyə görə “Marsel” klubuna cəza tətbiq etməməyi qərara alıb. “Lion”da isə bu fikirdədirlər ki, qərar ədalətsizdir, çünki hadisə klubun bütün üzvlərinə və azarkeşlərinə ciddi təsir edib.

Xatırladaq ki, oktyabrın 29-da keçirilməli olan görüş “Marsel” azarkeşlərinin “Lion”un avtobusuna hücumu səbəbindən baş tutmayıb. Hadisə zamanı qonaqların baş məşqçisi Fabio Qrosso üzündən, köməkçisi Raffaele Lonqo gözlərindən xəsarət alıb. Fransa Liqa 1-in X turu çərçivəsində keçirilməli olan qarşılaşma dekabrın 6-da gerçəkləşəcək.

Mənbə: Championat.com

Top
0.065015077590942