kriminal.az
Draqana Koiç: “BQXK müntəzəm olaraq Azərbaycan və Ermənistanda saxlanılan şəxslərə baş çəkir” - VİDEO

“Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əməkdaşları müntəzəm olaraq Azərbaycanda saxlanılan erməniəsilli şəxslərə, həmçinin Ermənistanda saxlanılan azərbaycanlılara baş çəkirlər. Sonuncu dəfə saxlanma yerlərinə başçəkmələr oktyabr ayının sonu, noyabrın əvvəli olub”.

“Report”un Naxçıvan bürosu xəbər verir ki, bu fikirləri BQXK-nın Azərbaycandakı Nümayəndəliyinin başçısı Draqana Koiç jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, bu başçəkmələr zamanı Beynəlxalq Qızıl Xaç Komitəsinin əməkdaşları saxlanılan şəxslərin şəraiti, onlarla rəftarla maraqlanır, həmçinin, bu şəxslərin ailələri ilə əlaqə yaratmaları üçün şəraitin olduğunu yoxlayır və bu şəraiti təmin edirlər.

“Biz Beynəlxalq Qızıl Xaç Komitəsi olaraq, bu fəaliyyətlə bağlı məlumatları ancaq əlaqədar qurumlarla ikitərəfli konfidensial qaydada bölüşür və müzakirə edirik. BQXK hər iki tərəf - istər Azərbaycan, istərsə də Ermənistanla mütəmadi olaraq bu məsələləri müzakirə edir”, - D.Koiç vurğulayıb.

Top
0.15644311904907