kriminal.az
Trüdo İranı dünyada sabitliyi pozmaqda ittiham edib

Kanadanın Baş naziri Castin Trüdo İranı “Hizbullah” və Fələstinin HƏMAS hərəkatına verdiyi dəstək vasitəsilə sülhü və qlobal təhlükəsizliyi pozmaqda ittiham edib.

“İran İslam Respublikası rejimi ölkəsində insan haqlarına məhəl qoymur və HƏMAS, “Hizbullah” və onun bütün dünya üzrə digər vəkillərini dəstəkləməklə dünya sülhünü və qlobal təhlükəsizliyi pozmağa davam edir”, - deyə Trüdo bildirib.

Baş nazir əlavə edib ki, Kanada və onun müttəfiqləri bu illər ərzində İran rejimini öz hərəkətlərinə görə cavabdehlik daşıması üçün müxtəlif səylər göstəriblər.

Mənbə: TASS

Top
0.10781621932983