kriminal.az
Xəstəxanaya düşən ABŞ müdafiə nazirini Baydendən gizlədiblər - FOTO

Pentaqon rəhbəri Lloyd Ostin xəstəxanaya yerləşdirilərkən onun müavini Ketlin Hiks Puerto-Riko çimərliyində məzuniyyətdə olub və ABŞ Prezidenti Co Baydenin belə xəbəri olmadan dörd gün ərzində müdafiə departamentinə rəhbərlik edib.

Bu barədə “The Wall Street Journal” nəşrində dərc olunan məqalədə bildirilib.

“O, Ostinin əvəzinə bəzi qərarlar qəbul etməyə başlayıb”, - deyə nəşr qeyd edib.

Həmçinin vurğulanıb ki, Ketlin Hiks özü də Lloyd Ostinin xəstəxanaya yerləşdirilməsindən xəbərsiz olub. Baş verənlər barədə sadəcə Qərargah Rəisləri Birləşmiş Komitəsinin sədri Çarlz Braunun məlumatı olub, ABŞ Prezidenti Co Bayden isə bundan yalnız bir neçə gün sonra xəbər tutub.

Nəşrin yazdığına görə, bu hadisə həddindən artıq məxfiliyi əks etdirir ki, bu, Ostin siyasətinin əsas xüsusiyyətinə çevrilib və onun əvvəl verdiyi qərarların qanunauyğunluğunu şübhə altına alır.

Məqalədə, həmçinin qeyd edilir ki, müdafiə nazirini əvəz etdiyi bir neçə gün ərzində Ketlin Hiks tərəfindən bir sıra mühüm qərarlar qəbul edilib. Bu qərarlardan biri İraqdakı üsyançı şiə qruplarından birinin liderinin zərərsizləşdirilməsi olub. O cümlədən ABŞ-nin Qırmızı dənizdə onlara qarşı əməliyyat keçirən Yəmən husi silahlılarına ultimatum verilib.

Xatırladaq ki, müdafiə nazirliyinin rəhbəri Lloyd Ostin yanvarın 1-də xəstəxanaya yerləşdirilsə də, hadisə barədə yalnız 5 gün sonra açıqlama verilib. Pentaqonun rəhbərinə prostat xərçəngi diaqnozu qoyulub. Qurumdan bildirilib ki, bu məsələ Ostin üçün olduqca şəxsi əhəmiyyət kəsb etdiyinə görə bununla bağlı vaxtında məlumat verilməyib.

Top
0.12070798873901