kriminal.az
“Latsio”nun baş məşqçisi istefa verdi

“Latsio”nun baş məşqçisi Maurisio Sarri klubu tərk edib.

Məlumata görə, 65 yaşlı çalışdırıcı ardıcıl dörd məğlubiyyətdən sonra çərşənbə axşamı, martın 12-də istefa verib.

Xatırladaq ki, “qartallar” son oyunlarda “Fiorentina” (1:2), “Milan” (0:1), “Bavariya” (0:3) və “Udineze” (1:2) kimi komandalara uduzub.

Qeyd edək ki, Sarri 2021-ci ilin iyunundan “Latsio”ya rəhbərlik edib. Mütəxəssisin klubla müqaviləsi 2025-ci il iyunun 30-a kimi qüvvədədir.

İtaliya A Seriyasında klub turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb. Romalılar 28 turdan sonra 40 xal toplayıb. Çempionlar Liqasında İtaliya klubu 1/8 final mərhələsinə yüksəlib və burada “Bavariya”ya uduzub (1:0, 0:3).

Top
0.10831189155579