kriminal.az
Ermənistanda Qazaxın işğal altındakı kəndlərində müqavimət hərəkatı yaratmaq istəyən silahlı qrup saxlanılıb

Ermənistanda “Döyüş Qardaşlığı” adlı silahlı qrup saxlanılıb.

Ermənistan mətbuatının məlumatına görə, dəstə üzvləri Qazaxın işğal altındakı Yuxarı Əskipara kəndinə döyüş hazırlığı keçməyə yollanmağı planlaşdırıblar.

Dəstənin 24 üzvünün saxlanıldığı və silah-sursatlarının müsadirə edildiyi vurğulanıb.

Ermənistan DİN onları qanunsuz silah-sursat daşımada ittiham edib. Əslində isə sözügedən silahlı dəstə Qazaxın işğal altındakı kəndlərinin Azərbaycana təhvil verilməsinə qarşı çıxaraq müqavimət hərəkatı yaratmağa cəhd edib.

Yeri gəlmişkən, Ermənistanın iştirakdan imtina etdiyi KTMT-nin illik təlimləri də “Döyüş Qardaşlığı” adlanırdı.

Top
0.097868919372559