kriminal.az
Nazir Səudiyyə Ərəbistanında “KAUST” və “ACWAPower” şirkətlərinin rəhbərləri ilə görüşüb - FOTO

Ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti vəzifəsinə təyin edilmiş Muxtar Babayev Səudiyyə Ərəbistanına səfər edib.

Bu barədə COP29-un rəsmi “X” hesabında paylaşım edilib.

Bildirilib ki, səfər çərçivəsində “KAUST” və “ACWAPower” şirkətlərinin yüksək vəzifəli şəxsləri ilə görüşlər keçirilib.

Tərəflər bərpaolunan texnologiyaya innovativ yanaşmaları, emissiyaların idarə edilməsi texnologiyaları, suyun duzsuzlaşdırılması və Azərbaycanın su qıtlığı probleminin həllində əldə etdiyi irəliləyişləri müzakirə ediblər.

 

Top
0.11444592475891