kriminal.az
Qayana prezidenti Qərbin ikiüzlülüyünü ifşa etdi: “Siz bizə dərs deyə bilməzsiniz!” - VİDEO

Çətin və eyni dərəcədə sərt sualları ilə tanınan “BBC Hard Talk” verilişinin aparıcısı Stiven Sakkur Qayana Prezidenti Mohamed İrfaan Ali ilə müsahibə zamanı pis vəziyyətdə qalıb.

Cənubi Amerika ölkəsinin prezidenti mükəmməl şəkildə Sakkuru yerində oturdub və inkişaf etməkdə olan ölkələrə münasibətdə “inkişaf etmiş dünyanın” ikiüzlülüyünü göstərib.

Beləliklə, Stiven Sakkur prezident Mohamed İrfaan Alidən Qayana sahilləri boyunca neft və qaz hasil etməyi planlaşdırdığı üçün karbon emissiyaları barədə soruşmağa başlayıb.

Qayana prezidenti jurnalistin sözünü kəsərək ona sual verib:

“Mənə iqlim dəyişikliyi ilə bağlı mühazirə oxumaq hüququnu sizə kim verib?

Qayanadakı meşə sahəsinin İngiltərə və Şotlandiyanın birgə ərazilərinə bərabər olduğunu bilirdinizmi? Qlobal istiləşmədən özümüzü qorumağı bizə öyrətmək haqqını sizə nə verir? Sizə öyrədəcəyik ki, məhz ölkəmizin uzun onilliklər ərzində qırılmaqdan qoruduğu meşələr bizə belə böyük miqdarda karbon qazını saxlamağa imkan verir. Siz bizim qoruduğumuz meşələrimizin təmizlədiyi hava ilə nəfəs alırsınız.

Bunun üçün bizə pul vermirsiniz, meşələri qorumaq üçün göstərdiyimiz səyləri belə qiymətləndirmirsiniz. Hətta bu qədər böyük miqdarda karbohidrogen istehsal etsək belə, atmosferə karbon qazı tullantıları məsələsində hələ də sıfır səviyyəsində olacağıq!

Son 50 ildə Yer öz biomüxtəlifliyinin 65%-ni itirib. Biz isə ölkəmizdə 100% səviyyəsində saxladıq! Bunu qiymətləndirirsinizmi? Bunun üçün bizə pul ödəyirsinizmi? Siz müasir dünyanın riyakarlığında təbiəti məhv edənlərdən dəstək alırsınız”, - deyə Qayana prezidenti hiddətlə bildirib.

 

Top
0.095146179199219