kriminal.az
Ceyhun Bayramov konqolu həmkarını COP29-a hazırlıq barədə məlumatlandırıb - YENİLƏNİB + VİDEO

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Konqonun xarici işlər naziri Jan-Klod Qakosso ilə geniş tərkibdə görüşü keçirilib.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Nazirlər beynəlxalq platformalar, xüsusilə BMT və Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi məsələlərini müzakirə ediblər. XİN başçıları COP29-a hazırlıq barədə də danışıblar.

12:50

Konqonun xarici işlər naziri Jan-Klod Qakosso (Jean-Claude Gakosso) Azərbaycanda səfərdədir.

Kriminal.Az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “X” hesabında paylaşım edilib.

Bildirilib ki, onu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov qarşılayıb.

 

Top
0.0710768699646