kriminal.az
Gimnastlarımız Sloveniyada keçiriləcək beynəlxalq yarışda iştirak edəcəklər

Azərbaycanın gənc gimnastları bədii gimnastika üzrə “36th Mtm Narodni Dom Lyublyana” beynəlxalq yarışında iştirak edəcəklər.

Bu barədə Kriminal.Az-a Azərbaycan Gimnastika Federasiyasından məlumat verilib.

Yarış aprelin beşi və yeddisində Lyublyana şəhərində (Sloveniya) keçiriləcək.

Azərbaycanı yarışda fərdi proqramda çıxış edən gənc gimnastlar - Sofiya Məmmədova və Səkinəxanım İsmayılzadə təmsil edəcəklər.

Qeyd edək ki, yarışda Azərbaycanı hakim Aleksandra Reiş və məşqçi Daria Lexka təmsil edəcəklər.

Top
0.089355945587158