İran silahlı qüvvələri strateji müdafiənin dərinliyini beş min km-ə çatdırmalıdır. ABŞ-nin İslam Respublikası ərazisinə zərbə endirəcəyi təqdirdə Tehran "dənizlərin o tayında" cavab verə bilər.
Bu sözləri İranın ali lideri Ayətullah Əli Xameneinin baş hərbi müşaviri, general-leytenant Yəhya Səfəvi deyib.
"Bizim başqa ölkələri fəth etmək məqsədimiz yoxdur, amma hər hansı bir ölkə bizə hücum edərsə, hətta ABŞ belə olsa, biz onlara dənizlərin o tayında cavab verə bilərik. Hesab edirəm ki, biz strateji müdafiəmizin dərinliyini 5000 kilometrə çatdırmalıyıq", - o bildirib.
Mənbə: TASS