kriminal.az
Quş qripi artıq uşaqları hədəfə alır: Çin və Hindistandan qorxulu açıqlama

Hindistanın Qərbi Benqal ştatında dörd yaşlı uşaqda H9N2 quş qripi aşkarlanıb.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib.

Məlumata görə, Hindistanın şərqindəki Qərbi Benqal ştatında dörd yaşlı uşağın H9N2 virusuna (quş qripi) yoluxması halı aşkarlanıb.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) xəbər yayıb.

Bildirilir ki, azyaşlı pasiyent fevral ayında davamlı ağır tənəffüs problemləri, yüksək hərarət və qarın ağrıları ilə yerli xəstəxananın pediatrik reanimasiya şöbəsinə yerləşdirilib, üç ay sonra evə buraxılıb.

Bu, Hindistanda H9N2 virusuna ikinci yoluxma hadisəsidir, birincisi 2019-cu ildə qeydə alınıb.

Çinin Honqkonq Sağlamlıq Qorunması Mərkəzindən isə bildirilib ki, Quanqsi əyalətində 3 yaşlı oğlanda H9N2 virusu müəyyən edilib. Uşaqda xəstəliyin əlamətləri 2 may tarixində başlayıb.

Onun vəziyyəti və virusu necə yoluxduğu barədə başqa təfərrüat mövcud deyil.

Çində bu il virusla əlaqədar beş yoluxma halı qeydə alıb.

Qeyd edək ki, quş qripi virusu, əsasən quşlarda rast gəlinən və insanlara yoluxma ehtimalı aşağı olan qrip növüdür. Lakin son illərdə aparılan tədqiqatlar bu virusun mutasiyaya uğrayaraq insanlar, xüsusilə də uşaqlar üçün daha təhlükəli ola biləcəyini göstərir.

Çin və Hindistanda qeydə alınan yoluxma hallarının artması isə ÜST-ü xüsusilə narahat edib.

Mənbə: Cidrap.umn.edu

Top
1.9406688213348