İtaliyanın "Manifattura Automobili Torino" şirkəti tərəfindən yığılmış yapon hiperkarı "Aspark Owl SP600" 438,7 km/saat sürətlənərək elektrik mühərrikli avtomobillər arasında mütləq sürət rekordu vurub.
Əvvəlki rekordu 2022-ci ildə 412 km/saata qədər sürətləndirən "Rimac Nevera" elektromobili müəyyən edib.
Yeni nailiyyət öncəki rekordun qeydə alındığı Papenburq təlim poliqonunda əldə edilib. "Aspark SP600"ü keçmiş FIA GT1 dünya çempionu və 2012-ci ildə Nürburqrinq yarışının qalibi Mark Bassenq idarə edib.
Qeyd edək ki, "Aspark Owl" 2017-ci ildə konsept olaraq təqdim edilib. Avtomobildə ümumi 1480 kVt (2012 at gücü) istehsal edən dörd elektrik mühərriki var. "Aspark Owl" 100 km/saat həddinə 1,9 saniyəyə sürətlənir - bu, dünyanın istənilən digər seriya avtomobillərindən daha sürətlidir.
Elektromobillər üçün yeni sürət rekordu müəyyənləşdi
Mənbə: championat.com