kriminal.az
İsrail Livana ultimatum verdi

Livanın "Hizbullah" hərəkatı ilə artan münaqişə fonunda İsrail kəşfiyyat və hərbi üstünlüklərindən istifadə edərək Livana "örtülü" ultimatum təqdim edib.

Kriminal.Az xəbər verir ki, bu barədə ABŞ-nin "The Wall Street Journal" qəzeti yazıb.

Bildirilib ki, ultimatumda deyilir: "Ya Livan silahlı qüvvələri İsrailin şimal sərhədindən geri çəkilir, ya da müharibəyə başlanır".

Qeyd olunub ki, sentyabrın sonunda Qəzza zolağında döyüş meydanı statik vəziyyətə düşdüyündən İsrail diqqətini Livanla sərhədə yönəldib.

Eyni zamanda, Birləşmiş Ştatlar Hizbullah və İsrail arasında münaqişənin diplomatik yolla həllində israrlıdır ki, bu da Livan hərəkatını öz qüvvələrini İsrail sərhədindən könüllü olaraq geri çəkməyə və 2006-cı il müharibəsindən sonra razılaşdırılmış xəttə qayıtmağa məcbur edə bilər.

Qəzet vurğulayır ki, İsrail rəsmiləri bu danışıqların dalana dirəndiyini və müharibədən başqa həll yolu tapmaq üçün vaxtın olmadığını vurğulayıb.

Top
0.082954883575439