"ABŞ Respublikaçılar Partiyası seçicilərə nə üçün onlara səs verməli olduqlarını inandırıcı və etibarlı şəkildə izah edə bilməz. Buna görə də onların əvəzinə ölkədə yeni partiya yaradıla bilər".
Kriminal.Az xəbər verir ki, bunu "The New York Times"a keçmiş konqresmen Liz Çeyni deyib.
O vurğulayıb ki, partiyanın son illərdə gördüyü işlər onun əvəzlənməsini mümkün edir.
"Bəlkə də ABŞ-də Respublikaçılar Partiyasını əvəz etmək üçün yeni siyasi partiya yaradılmalı olacaq", - deyə Çeyni qeyd edib.