ABŞ Hindistan ərazisindən oğurlanmış və ya qeyri-qanuni yolla çıxarılmış 300-ə yaxın sənət əsərini Hindistana qaytaracaq.
Kriminal.Az xəbər verir ki, bu barədə Cənubi Asiya Respublikasının Xarici İşlər Nazirliyi öz rəsmi saytında məlumat yayıb.
"Hindistanın baş naziri Narendra Modinin ABŞ-yə səfəri ilə əlaqədar ABŞ tərəfi Hindistandan oğurlanmış və ya çıxarılmış 297 qədim əşyanın geri qaytarılmasına şərait yaradıb. Onlar tezliklə Hindistana qaytarılacaq", - məlumatda deyilir.
Bildirilib ki, incəsənət obyektlərinin qaytarılması 2023-cü ilin iyununda ABŞ prezidenti Co Bayden və Hindistanın baş naziri Modi arasında keçirilən görüşdən sonra birgə bəyanatda əks olunan öhdəliklərə uyğun olaraq baş tutacaq.