kriminal.az
FIBA Avropa Kuboku: “Sabah” müntəzəm mövsümdə ilk qələbəsini qazanıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Sabah” basketbol klubu FIBA Avropa Kubokunun müntəzəm mövsümündə növbəti oyununu keçirib.

Azərbaycan təmsilçisi dördüncü matçda Monteneqro “Mornar”ını qəbul edib.

Qarşılaşma meydan sahiblərinin 81:74 hesablı qələbəsi ilə bitib. Bununla “Sabah” müntəzəm mövsümdə ilk qalibiyyətini əldə edib.

Qeyd edək ki, “Sabah” qrup mərhələsində keçirdiyi ilk üç oyunda müvafiq olaraq Monteneqro “Mornar”ına (75:80), Türkiyə “Bağçaşəhər”inə (65:83) və Çexiya “Nimburk”una (61:95) məğlub olub.

Top
0.098809003829956