kriminal.az
“Nyukasl” “Tottenhem”lə bacarmadı - VİDEO

Dekabrın 10-da “Tottenhem” İngiltərə Premyer Liqasının 16-cı turu çərçivəsində “Nyukasl”ı qəbul edib.

Matçın 26-cı dəqiqəsində Destini Udogie hesabı açıb. 38-ci dəqiqədə Riçarlison londolluların ikinci qolunu vurub. İlk hissə 2:0 hesabı ilə başa çatıb.

İkinci hissədə Riçarlison dubla imza atıb. Braziliyalı futbolçu cinahdan ötürülən topu rəqibin qapısından keçirib. 85-ci dəqiqədə təyin olunan penaltini Son Heung-min dəqiq yerinə yetirərək hesabı daha da artırıb. 90+1-ci dəqiqədə Coelinton hesab arasındakı fərqi azaltmağı bacarıb. Beləliklə, görüş londonluların 4:1 hesablı qələbəsi ilə başa çatıb.

 

Top
0.09083890914917