kriminal.az
UEFA Avropa Liqası: “Juninyo Leverkuzenə qarşı şou göstərdi” - VİDEO

UEFA Avropa Liqası “Qarabağ” - “Bayer 04” qarşılaşması ilə bağlı paylaşım edib. 

Qurumun rəsmi “X” hesabındakı paylaşımda “Qarabağ” klubunun hücumçusu Juninyonun fərdi ustalığının əks olunduğu video izləyicilərə təqdim olunub.

UEFA Avropa Liqası paylaşıma “Juninyo Leverkuzenə qarşı şou göstərdi” qeydini yazıb. 

Həmin paylaşımı təqdim edirik:

Qeyd edək ki, UEFA Avropa Liqasının 1/8 mərhələsində Bakıda baş tutan “Qarabağ” - “Bayer 04” matçının ilk yarısı “Qarabağ”ın 2:0 hesablı üstünlüyü ilə bitsə də, ikinci yarıda rəqib komanda hesabı bərabərləşdirməyi bacarıb. Qarşılaşmanın 82-ci dəqiqəsində Juninyo zədələnib və Nəriman Axundzadə ilə əvəzlənib. Qarşılaşma 2:2 hesabı ilə başa çatıb.

Tərəflər arasında cavab qarşılaşması martın 15-də Bakı vaxtı ilə 00:00-da keçiriləcək.

Top
0.081796884536743