Butan Kralı Ciqme Kxesar Namqyal Vanqçuk bu ilin noyabr ayında BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) dəvət edilib.
"Report"un məlumatına görə, bu barədə krala etimadnaməsini təqdim edən səfir Elçin Hüseynli deyib.
O, kralla söhbət zamanı 12-13 noyabr tarixlərində Bakıda keçiriləcək İqlim Fəaliyyəti üzrə Dünya Liderlərinin Sammitində iştirak məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Butan Kralına dəvət məktubunun ünvanlandığını diqqətə çatdırıb.
Honored to have presented on 6 June my Letter of Credence to His Majesty Jigme Khesar Namgyel Wangchuck, The King of Bhutan, accrediting me as Azerbaijan's non-resident Ambassador.https://t.co/a6KS43Q8mzhttps://t.co/DD5JwhDBPo pic.twitter.com/fHPrteyDtR
— Elchin Huseynli (@ElchinNHuseynli) June 8, 2024