ABŞ-nin sabiq prezidenti Barak Obama ölkədə keçirilən basketbol yarışında komandasını salamlayarkən gözlənilməz hərəkəti ilə hamını təəccübləndirib.
Kriminal.Az-ın RT-yə istinadla məlumatına görə, o, 2014-cü ildə populyar olan "Key & Peele" adlı komediya şousunun bir sketçini təkrarlayıb.
Həmin sketçdə afroamerikalı siyasətçi öz "qardaşları" ilə daha səmimi, digər irqin nümayəndələri olan həmkarları ilə isə daha rəsmi salamlaşır.
Sosial şəbəkə istifadəçiləri oxşarlığı dərhal seziblər. Paylaşılan kadrlarda Obamanın da basketbol komandasının oyunçuları və məşqçi heyəti ilə eyni tərzdə əl tutduğu görünür.